Bu ilin ötən 11 ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 milyard 495,2 milyon manatlıq xidmət göstərib. Bunun 72,7%-i əhali sektoruna aid olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilib.
“2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,4%-i və ya 798,6 milyon manatı mobil telefon rabitəsindən yaranıb”, - deyə qurumdan bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az