Müğənni Vüqar Muradov aktrisa Türkan Əliyevanın hamiləliyi ilə bağlı açıqlama verib.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, ANS TV-də qonaq olan Vüqar 22 yaşlı Türkan Əliyevanın hələ dünyaya gətirmədiyi övladının atası olması ilə bağlı iddiaları belə cavablandırıb:
“O deyilənlərin bir əsası olsa, mən gərək bir uşaq bağçası açardım. Atalıq çox gözəl hissdir əslində. Mən ölürəm uşaq üçün. Uşaq üçün burnumun ucu göynəyir. Mən o xanımı həyatımda bir dəfə görmüşəm. Mən subay adamam, tək yaşayıram. Həyatımda çox şey baş verə bilər. Əgər o həqiqətən mənim övladımdırsa, bu məni ancaq xoşbəxt edə bilər. Övladıma sahib çıxaram, amma onunla ailə qurmaram. Çox xanımlar mənə bu iddia ilə müraciət ediblər. Amma ortalıqda övlad görməmişəm”.
