Ukrayna Malayziya “Boeing”nin qəzasına görə məsuliyyət daşıyır.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu Malayziyanın Müdafiə naziri Xişamuddin Hüseyn ilə görüşdə deyib.
“Hadisə Ukrayna hava məkanında baş verib və bu faciənin məsuliyyəti Ukraynanın üzərinə düşür”, - Şoyqu deyib.
Onun sözlərinə görə, Ukrayna öz problemlərini ordunu müdaxilə etmədən həll etsəydi, “Boeing” faciəsi olmazdı.
“Biz Ukrayna tərəfinə on sadə sual hazırlamışıq, cavablar baş verənləri aydınlaşdıracaq”, - Şoyqu qeyd edib.
“Təəssüf ki, bu sualların heç birinə cavab almamışıq”, - o deyib.
Xatırladaq ki, Amsterdamdan Kuala-Lumpura uçan MH17 Layneri iyul ayının 17-də Donetsk vilayətinin Qrabovo qəsəbəsində qəzaya uğrayıb. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.
Ukrayna hökuməti və Qərb ölkələri israr edirlər ki, təyyarə raketlə vurulub. Bu raketin DXR-dan atıldığı bildirilir. Separatçılar qəzaya olan aidiyyatlıqlarını təkzib edirlər.
Moskva, separatçılara silah, o cümlədən də raket çatdırmalarına dair bütün ittihamları təkzib edirlər.