Türkiyə mətbuatı “O səs Türkiyə”nin qalibi Elnur Hüseynovla bağlı şok iddia irəli sürüb.
Oxu.Az xəbər verir ki, Türkiyənin “Posta” qəzetinin yaydığı məlumata görə, Elnur Hüseynov Azərbaycanı bu il keçiriləcək “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək.
Məlumatda bildirilir ki, Elnur “O səs Türkiyə” yarışmasında 4 illik tarixi rekordu qıraraq 1 milyon səs toplayıb və bunun nəticəsində qalib gəlib.
Qeyd edək ki, Elnur Hüseynov Samir Cavadzadə ilə birlikdə 2008-ci ildə “Day after day” mahnısı ilə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edib və 8-ci olub.

E.Ə.
www.oxu.az