Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Dr. Necdet Sağlam beyin ölümü gerçəkləşən İbrahim Erkalın saat 22:10-da (Bakı vaxtı ilə 23:10) ürəyinin də dayandığını bildirərək vəfat etdiyini söyləyib.
Oxu.Az bu barədə Report-a istinadla xəbər verir.
“Dəyərli sənətkarımız İbrahim Erkal bu gün saat 22:10-da ürəyinin də dayanması nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə və əzizlərinə səbr diləyirik”, - deyə həkim bildirib.
Qeyd edək ki, iki gün əvvəl beyin ölümü gerçəkləşən İbrahim Erkalın ürək və digər orqanları tibbi dəstək sayəsində öz fəaliyyətini davam etdirirdi.
A.S.
www.oxu.az