Müğənni Roza Zərgərlinin aktyor oğlu Corc “İlahi məxluq” filmindəki obrazından danışıb.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, aktyor aldığı qonorarı açıqlayıb:
“Filmdəki balaca oğlan mənəm. Bu mənim ilk rolum idi. Buna görə 7 min manat qonorar almışdım. Açıq-saçıq səhnələrdə çəkilməyə müsbət yanaşıram. Hətta erotik film təklifi gəlsə də razılaşaram”.
Qeyd edək ki, “İlahi məxluq” filmi əməkdar artist Vəfa Zeynalovanın +18 səhnəsi ilə məşhurlaşmışdı.