Keçmiş dünya çempionu Vladimir Kliçko qızı Kayanın anası, aktrisa Hayden Panettyerin qəfil ölümü ilə bağlı sükutunu pozub. Boksçu bu hadisənin ailəsi üçün ağır bir zərbə olduğunu vurğulayaraq, qızına anası barədə ən gözəl xatirələri aşılayacağına söz verib.
Oxu.Az xəbər verir ki, bu barədə Kp.ru nəşri məlumat yayıb.

"Ailəmiz hazırda dərin kədər və sarsıntı dövrünü yaşayır. Haydenin faciəli ölüm xəbəri məni dərindən kədərləndirdi. O, artıq həyat yoldaşım olmasa da, mənim həyatımın mühüm bir parçası və övladımız Kayanın anası idi", - deyə Kliçko qeyd edib. O əlavə edib ki, qızının anasını hər zaman xatırlaması üçün Kayaya onun barəsində daim hörmətlə danışacaq.
Kliçko, həmçinin Haydenin valideynlərinə və bu itkinin qəlbində yara buraxdığı hər kəsə başsağlığı verib.
36 yaşlı aktrisa avqustun 16-da Cənubi Karolinada huşsuz vəziyyətdə tapılmışdı. Polis hər hansı zorakı ölüm əlaməti aşkar etməyib, hazırda ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.
Aktrisanın yüksək doza narkotik qəbulundan dünyasını dəyişməsi barədə fərziyyələr irəli sürülür. Təcili yardım xidmətlərinin danışıqları məhz bu versiyaya işarə etsə də, ölümün əsl səbəbi hələ də rəsmi şəkildə təsdiqlənməyib.