Aktrisa Hayden Panettyerinin sevgilisi Brayan Hikerson və onun qardaşı Zak Cənubi Karolina ştatında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Şahidlərin sözlərinə görə, Hikerson qardaşları Panettyerinin vəfatında günahlandırıldıqlarını eşitdikdən sonra dava salıblar. Məkandakı müştərilər Brayanın bar stulunu atmasını lentə alıblar. Hər iki şəxs polis tərəfindən saxlanılıb.
Daha sonra Brayan sərbəst buraxılıb, Zak isə ictimai asayişi pozmaqda ittiham edilib. Həbs olunduqdan sonra TMZ ilə əlaqə saxlayan Zak Hikerson qardaşına qarşı irəli sürülən ittihamlardan və yayılan şayiələrdən ciddi şəkildə hiddətləndiyini etiraf edib.
"Yaşadığımız hər şey və bu cür şayiələr insanı sadəcə məyus edir. Sonradan insanlar bu uydurmalara inanaraq bizə hücum çəkirlər. Bu, məni çox qəzəbləndirir", - deyə Panettyerinin sevgilisinin qardaşı bildirib.
Qeyd edək ki, avqustun 16-da Hayden Panettyeri vəfat edib. Cəsədi tapan Brayan Hikerson dərhal təcili tibbi yardıma müraciət edib. Aktrisanın ölümündən sonra onun anası Lesli Vogel qızının sevgilisinə qarşı mənfi münasibətini gizlətməyib.