Xəyyam Nisanov məşhur ukraynalı müğənni Ani Loraka duet oxumağı təklif edib.
Oxu.Az xəbər verir ki, bu haqda Xəyyam “Onlar” verilişinə müsahibəsində deyib.
“Bu mənim çoxdankı arzumdur. Ani Loraka təklif etmişəm. Deyib ki, bizdə mahnı yoxdur. Özünüz bir mahnı təqdim edin, əgər sözləri uyğun gəlsə, niyə də olmasın. Mahnını yazmağı Murad Arifə tapşırmışam. Amma nədənsə o da gecikdirir. Bu mahnıda iki ölkəni birləşdirəcəyik”.
Xəyyam, həmçinin rus estradasının digər ulduzlarından da duet təklifləri aldığını söyləyib:
“Bir çox məşhurlardan işbirliyi təklifi gəlib. Hətta onlar arasında Valeriya da var. Amma onun təqdim etdiyi müqavilədəki şərtlər məni qane etmədi. Orada yazılıb ki, evimə getməməliyəm, Bakıya qayıtmamalıyam və adımı dəyişməliyəm. Əgər bunları ləğv etsələr, razılaşaram”.
Aytən Sadıqzadə
www.oxu.az