Rusiyanın “Pyatnitsa” telekanalında yayımlanan “Yeda, ya lyublyu tebya” verilişinin videosu yayılıb.
Oxu.Az xəbər verir ki, Vladimir Dantes, Nikolay Kamka və Ed Matsaberidzenin aparıcılıq etdiyi verilişdə paytaxtımız və milli mətbəximiz haqqında informasiya verilib.
“Bakı – Qafqazın incisidir. Şərq şəhəri Vladimir Dantesi restoranlarda çox dadlı yeməklərlə, Ed Matsaberidzeni qeyri-adi strit-foodla və Nikolay Kamkanı yerli ailədə səmimiyyətlə qarşılayıb. Milli Azərbaycan mətbəxi geniş çeşidi ilə seçilir.
Onun əsas tərkib hissəsi isə ətdir. Uşaqlar dadlı qutablardan, qoyun ətindən hazırlanan dolmadan, qara kürü ilə ağ balıqdan, unikal şah-plovdan, sac və qızartmalardan əsl ləzzət alıblar.
Məncə, ətsiz olan və uşaqların eyni zərif həzz aldıqları yeməklər şirniyyatlar olub”, YouTube-da verilişin təsvirində qeyd edilib.
Bu videonu sizə təqdim edirik: