2015-ci ilin qış mövsümünün dəbdə olan boz saç rəngi yay aylarını da təsiri altına almağa davam edir. Belə ki, çəhrayı, mavi, yaşıl tonlar da bu cərgəyə qoşulur.
Oxu.Az rəngli saç dəbini gündəmə gətirən bir neçə məşhur dünya ulduzunu təqdim edir.
Sarı saçlarıyla görməyə vərdiş etdiyimiz Britney Spears kimi radikal dəyişiklik edərək bütün saçlarınızı belə rəngbərəng boyaya bilər ya da yalnız saç uclarına tətbiq edə bilərsiniz.

Saç rəngini tez-tez dəyişdirməyi sevən Lady Gaga bu dəbin qabaqcıllarından qəbul edilir.

Daha əvvəl saçlarını yaşıla boyadan 18 yaşındakı Kylie Jenner-in son seçimi mavi rəngdir.

Rita Ora isə sarı saçlarının uclarını çəhrayıya boyayıb.

Səhnə şoularında rəngli pariklər istifadə edən Katy Perry saçını bənövşəyi rəngə boyatdırıb.

Aytən Sadıqzadə
www.oxu.az