Bu gün müğənni Zamiq Hüseynovun 35 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, bu münasibətlə ifaçının dostları ona sürpriz edib.
Onlar müğənniyə ad günü tortu alaraq, paytaxt məkanlarının birinə dəvət ediblər.
Qeyd edək ki, Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb.
1987-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədən dərs alıb.
Zamiqin populyarlaşmasına səbəb “Uçduq” adlı mahnısı olub.
Pərviz Hüseyn
www.oxu.az