30 
İyn
2017
10:25
252
28
19205
Virtual karabakh

Burak Özçivit və Fahriye Evcen evləndi – FOTO

30 İyn, 2017
10:25
19205

Burak Özçivit və Fahriye Evcen evləndi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin, eləcə də, dünyanın məşhur ulduzları Fahriye Evcen Burak Özçivit 3 illik sevgi münasibətlərindən sonra Sait Halim Paşa Sahilində toy ediblər.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlüyün nikahını Beşiktaş Bələdiyyə başçısı Murat Haznedar kəsib, bəyin şahidliyini prodüser Timur Savcı, gəlinin şahidliyini isə Banu Savcı edib.

Fahriye Evcen Raşit Bağzıbağlının hazırladığı üç fərqli gəlinlik, Burak Özçivit isə Derviş Bağzıbağlının ərsəyə gətirdiyi bəylik kostyumu geyinib.

Səbəbkarların nikah əsnasında geyindiyi toy libası ictimai mediada müzakirə mövzusuna çevrilib. Belə ki, sosial şəbəkə istifadəçiləri cütlüyün geyimlərinin keçən il evlənən və soyuq münasibətdə olduqları həmkarları Neslihan Atagül və Kadir Doğulunun libası ilə oxşar olduğunu yazırlar. Şərhlərdə Fahriye Evcenin və Neslihan Atagülün gəlinlikləri ilə yanaşı, saç düzümlərinin də eyni olduğu qeyd olunur.

Özçivit və Evcen “bal ayı” üçün isə Maldiv adalarına yollanacaq.

Toyda iştirak edən məşhur qonaqlar arasında isə aktyorlar Sinem Kobal və Kenan İmirzalıoğlu cütülüyü, müğənni Murat Boz və aktrisa sevgilisi Aslı Enver, aktrisalar Hatice Şendil, Nur Fettahoğlu və digərləri yer alıb.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri