Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə Kuboku: "Beşiktaş" evində uduzdu
Türkiyə Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Beşiktaş" - "Göztepe" matçı baş tutub.
Oxu.Az xəbər verir ki, matçda hesabı 30-cu dəqiqədə ev sahiblərindən Muçi açıb.
"Beşiktaş"ın futbolçusu Sanuç 36-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Onun səbəb olduğu cərimə zərbəsini Romulo dəqiq yerinə yetirərək, hesaba tarazlıq gətirib.
Romulo 79-cu dəqiqədə penaltidən həm özünün, həm də komandasının matçda ikinci qolunu vurub.
Matçda son nöqtəni də Romulo qoyub. O, 81-ci dəqiqədə fərqlənərək het-trikə imza atıb.
Matç 1:3 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Göztepe" yarımfinal mərhələsində "Trabzonspor"la qarşılaşacaq.
"Beşiktaş FK" teqi üzrə xəbərlər
- Çiro İmmobilenin "Beşiktaş"dakı gələcəyi bəlli oldu
- Mahir Emreli ilə hansı klublar maraqlanır? - ÖZƏL
- "Beşiktaş" futbolçusunun üzünə lazer işığı tutan "Fənərbağça" azarkeşi cəzalandırıldı
- Ule Qunnar Sulşer adını "Beşiktaş" klubunun tarixinə yazdırıb
- "Fənərbağça" azarkeşləri Acun Ilıcalı və Joze Mourinyonun istefasını tələb ediblər