13 
Yan
2019
20:42
84
130
5753
Virtual karabakh

“Pinhani”nin Bakıda ilk konserti keçirilib

13 Yan, 2019
20:42
5753

“Pinhani”nin Bakıda ilk konserti keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Türkiyənin məşhur musiqi qrupu “Pinhani”nin Bakıda konserti keçirilib.

Oxu.Az xəbər verir ki, ilk dəfədir Bakıda olan qrupun konserti “Elektra Events Hall”da baş tutub. 

Konsertə “Yitirmeden” mahnısı ilə başlayan qrup sevilən mahnıları ilə çıxış edib. Səfər konsertlərində getdikləri yerin milli musiqilərindən ifa etməyə çalışdıqlarını söyləyən qrup üzvləri bu dəfə də “Ay qız” mahnısını səsləndiriblər.

Qrupun vokalçısı Sınan Kaynakçı bunun ortaq mədəniyyətin bir parçası olduğunu bildirib. O, səhnədə saksofon, kamança, tulum, zurna ilə çıxış edib.

İki saatlıq konsert Dj China ilə davam edib.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən qrupun üzvləri həm də “Kavak Yelləri” serialının mahnılarının müəllifi və ifaçısı kimi tanınırlar.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri