Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?
Məşhur Hollivud aktrisası Cennifer Lopes haqqında yeni şayiə yayılıb.
Bu barədə Oxu.Az "Radar Online" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, 55 yaşlı aktrisa və müğənni şəxsi mühafizəçisi ilə flirt edərkən görüntüləniblər.
"Cen indi görüşlərə getmir, lakin bu o demək deyil ki, o əylənə bilməz. O, təhlükəsiz olduğu yerdə flirt edir. Təbii ki, bu oğlan onu cəlb edir. Lakin əsas odur ki, o bunun Beni (Afflek) dəli edəcəyinə əmindir", - deyə Cennifer Lopesə yaxın insayder bildirib.
İnsayder, həmçinin əlavə edib ki, aktrisa bir az flirt etməyin onun imicini yaxşılaşdıra biləcəyinə inanır.
Xatırladaq ki, Cennifer Lopes və Ben Afflek 2004-cü ildə nişanlarını pozduqdan 17 il sonra, 2021-ci ildə münasibətlərini bərpa ediblər. Bununla belə, artıq 2022-ci ilin iyulunda onlar ayrıldıqlarını elan edərək, pərəstişkarlarını şoka salıblar.
"Cennifer Lopes" teqi üzrə xəbərlər
- 55 yaşlı Cennifer Lopesin cavan qalmasının SİRRİ üzə çıxdı
- Cennifer Lopesin dekolte geyimi diqqət çəkdi
- Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi
- Reper Diddinin dostları yanğınlardan zərər çəkməyiblər: Təsadüf, yoxsa dəlil?
- Ben Afflek Cennifer Lopeslə birgə görüntülənib