Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı xəsarət alanların kimliyi açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə zamanı bir azyaşlı həyatını itirib:
"Xaçmaz rayon sakini Kamil Rafik oğlu Əmirbəyovun idarə etdiyi "Mitsubishi" markalı, 27-BJ-625 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayon sakini Feyruz Sudef oğlu Soltanovun idarə etdiyi "Ford Tranzit" markalı, 77-SP-975 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində "Ford" markalı avtomobildə olan sərnişin-azyaşlı Ramal Hikmət oğlu Vəliyev hadisə yerində həyatını itirib, digər avtomobildə olan sərnişin Fərhad Ağamurad oğlu Dəmirov isə xəsarət alıb. Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır".
Əzizə İsmayılova
Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinin yoluna atıb.
Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər