Türkiyəli model, aktrisa Hatice Şendil uzun müddətdir eşq yaşadığı və 29 mayda evlənəcəyi prodüser sevgilisi Burak Sağyaşara bahalı qızıl saat hədiyyə edib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, başı evlilik hazırlıqlarına qarışan məşhur aktrisa və nişanlısı ötən gün Nişantaşında toy alış-verişində görüntülənib.
Şendil gələcək həyat yoldaşı üçün 86 min TL ödəyərək “Vacheron Constantin” markalı qızıl saat alıb.
Mağazadan çıxdıqdan sonra ayaqüstü sualları cavablandıran nişanlılar "Bal ayınızı harada keçirəcəksiniz?" sualına "Hələ planlaşdırmamışıq. İşlərimizə görə bəlkə Türkiyədə, bəlkə də xaricdə keçirə bilərik " deyə cavab verib.
Aytən Sadıqzadə
Rəylər