Birinci Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı yer tapmaq mümkün deyil.
Oxu.Az xəbər verir ki, Oyunların Moskvada keçirilmiş təqdimatında iştirak edən şou-biznes və media nümayəndələri “Vestnik Kavkaz”ın müxbiri ilə söhbətində belə fikir səsləndiriblər.
Müğənni və şoumen Emin Ağalarovun oyunlarla bağlı böyük gözləntiləri var.
“Bakıda baş verənlər yüksək səviyyədə keçir. Biz bunu Eurovision vaxtı da, digər tədbirlərdə də gördük. Şəhər böyük hadisələri keçirməyə hazırdır və bu çox sevindirir”, - deyə, o, bəyan edib.
Müğənni ümid edir ki, qastrol qrafiki ona bu mühüm idman hadisəsində iştirak etməyə imkan verəcək.
Rusiyalı teleaparıcı Oksana Puşkina etiraf edib ki, “Soçidə Olimpiadadan sonra daha böyük bayram istəyir”.
Onun rəyinə görə, Bakı çox düzgün yerdir: “duz-çörəkli və qonaqpərvər”.
“Düşünürəm ki, bu ən azından pis olmayacaq. Hətta biz nəyi isə görməsək də - biz deyəndə mən bütün iştirakçıları, Oyunları təşkil edənləri nəzərdə tuturam – yenə də əla olacaq, bütün dünya bir daha təəccüblənəcək: biz axı necə belə bacardıq?”, - deyə, o, bildirib.
Onun sözlərinə görə, hər şey yaxşı keçəcək.
“Mənə elə gəlir. Buna görə də, bu ölkəni sevirəm, orada mənim çoxlu dostlarım var və sadəcə həqiqətən də oyunların başlamasını səbrsizliklə gözləyirik”, - deyə, Puşkina vurğulayıb.
Aparıcı qeyd edib ki, hər il Bakıda olur.
“Bir zamanlar mən Heydər Əliyev haqqında proqram hazırlamış, sonra isə “Qadın baxışı” proqramında Mehriban Əliyeva və onun ailəsi haqqında tarixi danışmışdım. Məni bu ölkə ilə çox xoş hisslər bağlayır”, - deyə, teleaparıcı bildirib.
Rusiyalı müğənni Valeriya şübhə etmir ki, Oyunlar möhtəşəm hadisə olacaq.
“Ötən il iki dəfə bu möhtəşəm şəhərdə olmuşam və tamamilə heyran qaldım. Belə ki, ilk dəfə Bakıya 10 il əvvəl gəlmişdim və necə dəyişikliklərin baş verdiyini gördüm, bu şəhərlə tamamilə fantastik, qeyri-adi hadisələr baş verib. Şəhərin bugünkü kimi olmasına nə qədər sevgi həsr edilib. Həm memarlıq, həm həyat tamamilə möhtəşəmdir, insanlar özlərini tamamilə başqa cür hiss edirlər. Turizm də həmçinin, çünki bu gün bunun üçün hər şey var. Buna görə də, mənə elə gəlir ki, əgər Oyunları keçirmək qərarına gəliblərsə, bu, xüsusi bir şey olacaq”, - deyə, Valeriya hesab edir.
Onun həyat yoldaşı – prodüser İosif Priqojin öz növbəsində bəyan edib ki, “uşaqlığını keçirdiyi şəhərin bu gün belə inkişaf dövründə olmasından” çox xoşbəxtdir.
“Bir müddət əvvəl Valeriya ilə Bakıda olduq, orada onun doğum gününü qeyd edirdik. Bu artıq trendə çevrilib, dostlarımız Azərbaycana gəlir, müxtəlif hadisələri, tədbirləri qeyd edirlər. Çox qonaqpərvər şəhərdir. Dadlı yemək, yaxşı ekologiya. Mehriban, qonaqpərvər xalq. Buna görə də, Oyunların möhtəşəm keçəcəyinə tamamilə əminəm”, - deyə, o, bildirib.
Rusiyalı teleaparıcı Leonid Yakuboviç Bakı haqqında xatirələrini bölüşüb.
“Dünyanın ən sevimli şəhərlərindən biridir. Ümumiyyətlə, məni Bakı, Azərbaycanla çox xoş xatirələr bağlayır. Gəncliyimin oğlan çağında ən yaxşı ŞHK komandası burada idi”, - deyə, o, qeyd edib.
Bakıdan danışan teleaparıcı Azərbaycanın paytaxtına heyran qaldığını gizlətməyib.
“Əvvəla, mənə Heydər Əliyevlə görüşmək xoşbəxtliyi nəsib olub. Bu mənə fantastik bir təsir göstərdi. Mən dəfələrlə demişəm ki, belə nəhəng kateqoriyalı insanlarla nadir hallarda qarşılaşmışam. Necə bir şəxsiyyət idi! Mən üç saata yaxın onun yanında oldum. İndiyədək həmin görüş haqqında fantastik təəssüratlarım var”, - deyə, o, bildirib.
“Və Bakı mənə böyük təəssürat bağışladı. Şəhər göz önündə dəyişir. Birmərtəbəli köhnə şəhərdən demək olar ki, heç nə qalmayıb, birinci dəfə isə məni bilirsiniz nə heyran etdi? Xatirə parkı. Bax onda mən ah çəkdim. Analar uşaqlarla gəzir, gül açan bağ və bu parkın ortasında Əliyevin heykəli. Hər şeyi çox bəyəndim”, - deyə, Yakuboviç bildirib.
Rusiyalı aktyor Aleksandr Oleşko bildirib ki, dəfələrlə Bakıda olub.
“Bu, mənim üçün qəlbin və ruhun bayramıdır, çünki bu, çox gözəldir, şəhəri, bütün bu məkanı dəyişmək üzərində işləyən xeyli istedadlı insanları tanıyıram. Və biz bu dəyişiklikləri görürük. Buna görə də, iyunun 12-də sevinclə bu gözəlliyə baxmaq üçün gələcəyəm”, - deyə, o, bildirib.
Rəylər