Dek
2023
08:35
141
19
5982
Virtual karabakh

İstintaqa cəlb edilən növbəti türkiyəli fenomen göz yaşlarını saxlaya bilmədi - FOTO

9 Dek, 2023
08:35
5982

İstintaqa cəlb edilən növbəti türkiyəli fenomen göz yaşlarını saxlaya bilmədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çirkli pulların yuyulması ittihamı ilə həbs olunan türkiyəli fenomenlər, iş adamları Dilan-Engin Polat cütlüyünün aqibətindən sonra digər fenomenlərin sərvəti də gündəmə gəlib.

Şirkətinə qəyyum təyin edilən türkiyəli fenomen Eylül Öztürk bununla bağlı sosial media hesabında paylaşım edib və göz yaşları içində karyerasının necə bitdiyi ilə bağlı sənədli film çəkmək istədiyini bildirib.

ABŞ-də 10 evə və gözəllik mərkəzlərinə sahib olan Öztürk məsələ ilə bağlı açıqlama verib.

“Evlərin hər biri 125 min dollardır. 125 min dollara Türkiyədə ancaq maşın ala bilərsən. Hamısını satsam, bir böyük ev ancaq ala bilərəm. Düşünürlər ki, 10 malikanəm var. İllərlə yemədim-içmədim, pul yığdım, mən qənaətcil qadınam. Kaş ki, hamısını yığıb bir böyük ev alsaydım. O zaman bu qədər danışılmazdı. 10 ev deyəndə insanlar çox şey zənn edirlər. ABŞ-də 100 min dollara ev ala bilirsən. İstanbulda bu mümkün deyil. Təəssüf ki, bunu anlamırlar”, - deyə o qeyd edib.

“Bu hadisələr bitdikdən sonra bütün bu proseslər, həyatımın və karyeramın necə bitdiyi ilə bağlı sənədli film çəkmək istəyirəm”, - deyə fenomen əlavə edib.

Qeyd edək ki, çirkli pulların yuyulması, vergidən yayınma və digər ittihamlar üzrə həbs edilən Dilan Polatın “Çempionlar Liqası” başlığı ilə paylaşdığı fotoda yer alan fenomenlər Anadolu Baş Prokurorluğu tərəfindən istintaqa cəlb ediliblər.

Baş Prokurorluğun tələbi ilə Dilan Polatın paylaşdığı fotodakı 12 nəfərin şirkətlərinə qəyyum təyin edilib.

İlkin olaraq xaricə çıxışlarına qadağa qoyulan sosial media fenomenlərindən Eylül Öztürk Özkan, Feyzanur Başar, İleyda Topal, İlke Elagöz, Kadir Yiğit, Merve Nur Korkut, Muhammed Oğuz Başar, Murat Yiğit, Tolunay Topal, Yasemin Yiğit, Tuğba Demir, Yavuz Selim Korkutun sərvəti müsadirə edilib.  

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri