Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Abbas Abbasov: Prezident ləyaqətli xalqın ləyaqətli seçimidir
Mən uzun illər ümummilli lider Heydər Əliyevin, eləcə də indiki prezident İlham Əliyevin rəhbərliyi altında çalışmışam. Bu işdə hər zaman xalqa fayda vermək əsas məqsəd olub. Mənim mövqeyim hələlik dəyişməz qalır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri “Azerros” analitik informasiya portalına müsahibəsində Rusiyadakı “AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov deyib.
A.Abbasov bildirib ki, 1991-ci ildən bəri Azərbaycan demokratik inkişaf yolunda böyük yol qət edib və bu hərəkət ardıcıl olub:
“Mən hesab edirəm ki, bu gün ölkənin inkişafı və tərəqqisinin əsas şərti sabitlik və Azərbaycanın inkişaf kursunun varislik prinsipidir. Qurulmuş olanlar dağıdılmamalıdır. Mənim fikrimcə, kurs düzgün seçilib və davam etdirilməlidir. Məhz bu, Heydər Əliyevin əsasını qoyduğu demokratik vətəndaş cəmiyyətini qorumağa imkan verəcək. Biz onun xatirəsinə layiq olmalıyıq. Hamımız seçkiyə gedərək səs verməliyik. Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ləyaqətli seçimidir”.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb