Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda havanın temperaturu 0 dərəcəyə düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 5-ə gözlənilən hava proqnozunu açıqlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktorunun müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Temperatur rejiminin anomal gedişi, gecə və gündüz 11-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 5-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 15-19 dərəcə isti, dağlarda gecə və gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir.