ABŞ-ın dövlət katibi Con Kerri qısa müddətə Gürcüstanda səfərdə olub.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xəbərdə bildirilib ki, o, Gürcüstanın xarici işlər nazirinin müavini David Zalkaliani ilə görüşüb.
“Görüşdə ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb. Nazir müavini ABŞ hakimiyyətinə və şəxsən Con Kerriyə ikitərəfli əlaqələrin dərinləşməsi istiqamətində göstərdikləri səylərə görə, təşəkkürünü bildirib”, - nazirliyin məlumatında qeyd olunub.
Xəbərdə vurğulanıb ki, Con Kerri Gürcüstan hakimiyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, Con Kerri dövlət katibi kimi Gürcüstana ilk dəfə 2016-cı ilin iyulunda səfər edib.
E.Ə.
www.oxu.az