Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia İlqar Məmmədovun namizədliyinin təsdiq edilməsi haqqında MSK-nın qərarını alqışlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Bakıdakı nümayəndəliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, bu fakt demokratik seçkilərin beynəlxalq standartlar və Azərbaycanın bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklər əsasında keçirilməsinə kömək etməlidir.