Bakıda “Rezin Ördəyi” görmək istəyənlərə bəd xəbər.
Oxu.Az xəbər verir ki, YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Bakıya gətirilmiş və danimarkalı Florentin Hofmana məxsus “Rezin Ördək” əsərinin nümayişi tərixə salınıb.
YARAT-ın “Facebook” səhifəsində “Rezin Ördəy”-in təqdimat mərasimi təxirə salınmasına səbəb hava şəraiti göstərilir:
“Təəsüflə nəzərinizə çatdırmaq istəyirik ki, qeyri-münasib hava şəraitinə görə 2013-cü ilin 5 sentyabr tarixində Bakı Bulvarında gözlənilən incəsənət xadimi Florentiyn Hofman tərəfindən ərsəyə gətirilən “Rezin Ördək” əsərinin təqdimat mərasimi təxirə salınır.
Əfsuslar olsun ki, küləkli hava və dalğalı dəniz Bizi “Rezin Ördəyin” suya buraxılmasından çəkindirdilər. Bununla əlaqədər olaraq 4 sentyabr 2013 ildə Beynəlxalq Muğam Mərkəzində kecirilməsi planlaşdırılan, Florentin Hofmanın “Həyatdan da üstün” adlı mühazirəsi də təxirə salınır”, - YARAT Müasir İncəsənət Mərkəzindən qeyd ediblər.