Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aİ Şurasının rəhbəri Prezident İlham Əliyevə zəng edib
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.
Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.
Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
- Prezident İlham Əliyevin mesajları və suveren gücün sözü
- Paşinyanın Qərbi Azərbaycan xofu: Azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil
- Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi: "Make America Great Again" hədəfi
- İlham Əliyev Gürcüstanın baş nazirinə başsağlığı verib