Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Antalya Diplomatiya Forumunda diqqətçəkən məqamlar
Aprelin 11-də Türkiyədə öz işinə başlayan Antalya Diplomatiya Forumunun ikinci günü yekunlaşıb.
Dünyanın 140-dan çox ölkəsindən dövlət və hökumət başçılarının qatıldığı tədbirdə çoxsaylı panel iclasları keçirilib.
Forumun ikinci günündə Prezident İlham Əliyev Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Baş tutan digər iclaslarda Qlobal Cənubun rolu, parçalanmış dünyada çoxtərəfliliyin gücləndirilməsi, Suriyada sabitliyin bərpa olunması, Balkanlarda firavan gələcəyə təsir edən cari dəyişiklik dinamikası kimi önəmli siyasi mövzular müzakirə olunub.
Forum çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər" mövzusunda panel iclas keçirilib. İclasda Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri görüşüblər.
Daha ətraflı süjetdə:

"IV Antalya Diplomatik Forumu" teqi üzrə xəbərlər
- Günəşli Antalya və Ermənistanın uğursuz "güzgü" oyunu
- Zimbabve nümayəndə heyətinin üzvü: "Forum bir çox problemlərin həllini əhatə edir"
- Hakan Fidan "Baku TV"nin sualını cavablandırıb
- IV Antalya Diplomatiya Forumu başa çatıb
- Hakan Fidan: "Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir"