Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Antalyada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.
Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.
Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Bu dəqiqələrdə Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyevin Türkiyə səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyevin "X"dəki hesabında dövlət başçısının Türkiyəyə səfəri ilə bağlı paylaşım olunub
- Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
- İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb
- IV Antalya Diplomatik Forumunun açılış mərasimi keçirilib, İlham Əliyev tədbirdə iştirak edib
- İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb