Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Artis Pabriks: "Yeni dünya düzəni hələ tamamlanmayıb, vəziyyət daha da pisləşə bilər"
"Mənim bir yaxşı, bir də pis xəbərim var. Pis xəbərim odur ki, yeni dünya düzəninin ortaya çıxması, köhnə düzənin yoxa çıxması hələ son deyil. Bundan daha pis olacaq. Yaxşı xəbərim isə fırtınadan sonra sakitliyin çökəcəyidir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Latviya Respublikasının sabiq müdafiə naziri, sabiq xarici işlər naziri Artis Pabriks deyib.
Onun sözlərinə görə, kiçik və orta dövlətlər böyük gücə malik olmadıqları üçün dünya ictimaiyyətinə daha çox güvənirlər, beynəlxalq təşkilatlarda ədalət axtarır və müdaxilə edə biləcək tərəfdaşlar tapmağa çalışırlar.
"Orta və kiçik güclər üçün əsas narahatlıq - böyük güclərin sahib olduqları gücdən ədalətli istifadə edib-etməməsidir", - deyə o vurğulayıb.
Sabiq nazir əlavə edib ki, dünyada iki supergüc - ABŞ və Çin var və bu ölkələr müəyyən şəraitdə istədikləri zaman qlobal sabitliyi təmin edə bilərlər.
"Onlar dünyada, məsələn, Ukraynada sülhü bərqərar edə biləcək yeganə ölkələrdir", - deyə Pabriks qeyd edib.
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- Jelka Tsviyanoviç: "Bosniya və Herseqovina hazırda böyük böhranla üzləşir"
- İşğaldan azad olunmuş səkkiz şəhərin Baş planı hazırdır
- Anar Quliyev: "Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar"
- Artis Pabriks: "Sülh prosesi Azərbaycan xalqını razı salacaqsa, bu, mükəmməl nəticədir"
- XİN: "Ermənistan Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmamasını qəbul edib"