Bu gün Xocalının Ballıca kəndinə köçürülən 98 nəfərdən ibarət 24 ailə evlərinə yerləşiblər.
Oxu.Az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iştirakı ilə onlara evlərinin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Qeyd edək ki, bu günədək Xocalı rayonunun Ballıca kəndinə, ümumilikdə, 136 ailə - 660 nəfər köçürülüb.
Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ballıcaya bu gün yola salınan köç karvanı 24 ailədən (98 nəfər) ibarətdir.
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.