Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mirzoyan: "Müqavilə mətnində ermənilərlə azərbaycanlıların qarşılıqlı qayıtması barədə bənd yoxdur"
"Bakı və İrəvan arasında sülh müqaviləsi layihəsinin mətnində ermənilərin və azərbaycanlıların SSRİ-nin dağılmasından əvvəl yaşadıqları yerlərə qarşılıqlı qayıtması ilə bağlı bənd yoxdur".
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanması vaxtını və yerini müəyyən etmək üçün tezliklə məsləhətləşmələrə başlamağı təklif edir.
Nazir qeyd edib ki, müqavilənin imzalanması özlüyündə iki ölkə arasındakı bütün problemləri həll etmir:
"Böyük və zəhmətli iş qarşıda durur və sülh müqaviləsi bu məsələni həll etməyə imkan verəcək mexanizmləri nəzərdə tutur".
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
- İrəvan Bakı ilə müqavilədən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətini zəruri hesab etmir
- Gürcüstan Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışladığını bəyan edib
- Paşinyan: "Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək"
- Paşinyandan Azərbaycanla sülh sazişi ilə bağlı AÇIQLAMA