Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AŞPA-nın sessiyasında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar müzakirə olunacaq
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır.
“Report” AŞPA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq.
Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək.
Sessiya çərçivəsində oktyabrın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə Assambleyanın deputatları qarşısında çıxış edəcək.
Bundan başqa, İrlandiya Prezidenti Maykl Hiqqinsin, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın da çıxışları planlaşdırılıb.
Sessiya oktyabrın 14-də başa çatacaq.
Xatırladaq ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə yola düşüblər.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti