ATƏT-in Minsk qrupunun həmsədri Endryu Şefer şənbə günü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan hökuməti ilə müzakirələrin davam etdirilməsi üçün Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, digər həmsədrlər - İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) fevralın 6-da Bakıya gələcəklər.
Əsas görüşlər fevralın 7-də keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv və konstruktiv müzakirələr davam etdiriləcək.
Bakı səfərindən sonra həmsədrlər İrəvana gedəcəklər.
N.H.
www.oxu.az