ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Viqenin Azərbaycan və Ermənistana səfərlərinin yekunlarına dair hesabat hazırlayacaq.
Hesabat ATƏT PA-nın Tbilisidə keçiriləcək sessiyasında təqdim ediləcək.
Oxu.Az “ArmToday”a istinadən xəbər verir ki, bu barədə K.Viqenin Ermənistan parlamentinin spikerinin müavini Eduard Şarmazanov ilə görüşdə bildirib.
ATƏT PA-nın xüsusi nümayəndəsi Yerevanda səfərdədir, mayın 27-də isə o, Bakıya səfər edəcək.
Dağlıq Qrabağ münaqişəsinin nizamlanmasından danışarkən K.Viqenin regionda sülhün bərqərar olması üçün ATƏT-in Minsk qrupunun mandatını müzakirə etmədən daha çox səy göstərməyin lazım olduğunu bildirib.
ATƏT Parlament Assambleyasının illik sessiyası bu il iyulun 1-dən 5-nə kimi Tbilisidə keçiriləcək.
ATƏT PA-nın sessiyasında 57 ölkənin 700 deputatının iştirak edəcəyi gözlənilir.