ATƏT-in hazırkı sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə mümkün format olmadığını bildirib.
Oxu.Az “TASS”a istinadən xəbər verir ki, bu bəyanatı A.Alfano Rusiyalı həmkarı Sergey Lavrovla aparılan danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin apardığı işi dəstəkləyirik. Bununla belə, Minsk qrupunun yeganə mümkün format olduğunu düşünmürük, lakin hesab edirik ki, bizim mövqe əvvəlki ATƏT sədrinin (Avstriya – red.) siyasətini davam etdirir. Bunu ədalətli hesab edirik”, – deyə ATƏT sədri bildirib.