Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Strasburqda Avropa Şurasının mənzil-qərargahı binası qarşısında Azərbaycanın üçrəngli bayrağı yarıya endirildi, çünki Azərbaycan xalqı 25 dekabrda baş vermiş və çoxsaylı insan ölümünə səbəb olmuş faciəli təyyarə qəzasının qurbanlarına görə yas saxlayır", - o bildirib.
The tricolour flag of Azerbaijan in front of the headquarters of the Council of Europe in Strasbourg flies at half mast today, as the people of Azerbaijan are mourning the victims of the tragic airplane crash of December 25 that resulted in numerous casualties. pic.twitter.com/FVWZxhphkJ
— Fakhraddin Ismayilov (@IsmayilovFN) December 26, 2024
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin ehtimallara görə, hadisəyə səbəb hava gəmisinin quş dəstəsiylə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.
Hadisə zamanı 39 nəfər həlak olub, 28 nəfər yaralanıb.
"Matəm günü" teqi üzrə xəbərlər
- Azərbaycan və Gürcüstan XİN başçıları arasında telefon danışığı olub
- Azərbaycan məscidlərində təyyarə qəzasının qurbanları anıldı
- AZAL-ın prezidenti: "Cəsədlərin Azərbaycana gətirilməsi üçün hazırlıqlar görülür"
- Qazaxıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb
- Azərbaycan təyyarə qəzasının qurbanlarını bir dəqiqəlik sükutla yad etdi