Hindistan hökuməti Qətərin sabiq əmiri Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 13-də birgünlük milli matəm elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Matəm günü Hindistanın bütün dövlət binalarında dövlət bayrağı yarıya endiriləcək. Bundan əlavə, bütün əyləncə tədbirləri ləğv olunub.
Qeyd edək ki, şeyx Həməd bin Xəlifə Al Tani 75 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib. 2013-cü ilin iyununda isə könüllü şəkildə taxt-tacdan imtina edərək hakimiyyəti oğlu, hazırkı əmir şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.