Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq edəcək
Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də əksini tapıb.
Qeyd olunub ki, tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.
"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)" teqi üzrə xəbərlər
- MDB və ŞƏT-ə üzv ölkələr Daşkənddə terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə edəcəklər
- Ərdoğan: "Biz Aİ və ŞƏT arasında seçim etməyə məcbur deyilik"
- MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçiriblər
- Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır
- Rusiya və Çinin planları: NATO-ya alternativ gəlir