Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Prezidenti Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Sudan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev monteneqrolu həmkarına başsağlığı verib
- Brüsselin Vilnüs üzərindən başsağlığı zəngi
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub