Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Anadolu Ankası-2025" beynəlxalq təliminə start verildi
Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə təlim iştirakçıları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.
Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

Türkiyənin Konya şəhərində "Anadolu Ankası-2025" ("Anatolian Phoenix-2025") beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.
Oxu.Az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə Türkiyə ilə yanaşı Azərbaycan, ABŞ, Almaniya, Bosniya və Herseqovina, İtaliya, Qətər, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanı iştirak edir.
Bildirilir ki, təlimlər mayın 23-nə qədər davam edəcək.
📍 3’üncü Ana Jet Üs Komutanlığı / Konya
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 13, 2025
Uluslararası Anadolu Ankası-2025 Tatbikatı başlıyor!
Türkiye’nin ev sahipliğinde, 12-23 Mayıs 2025 tarihleri arasında düzenlenecek tatbikata ABD, Almanya, Azerbaycan, Bosna Hersek, İtalya, Katar, Polonya, Romanya, Slovakya ve Suudi… pic.twitter.com/AZKmjJD8Ds