Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan səfiri Türkiyə xalqına başsağlığı verib - FOTO
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin bir neçə hərbçisinin İraqın şimalında terrorçularla atışma zamanı şəhid olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.
Oxu.Az xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
R.Məmmədov qeyd edib ki, “Pence-Kilit” əməliyyatı bölgəsində terrorçularla atışmada Türkiyə əsgərlərinin şəhid olmasını, daha bir neçə əsgərin isə yaralanması xəbərini dərin hüznlə qarşılayıb.
Səfir Türkiyə xalqının dərdini bölüşdüyünü vurğulayıb, şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, terrorçuların hücumu zamanı altı əsgər şəhid olub, ikisi ağır olmaqla yeddi hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.
Pençe-Kilit Harekatı bölgesinde teröristlerle çatışmada 5 kahraman Türk askerinin şehit olması, 8 askerimizin yaralanması haberinden derin üzüntü duyduk.
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) January 12, 2024
Türk milletinin kederini paylaşıyor, şehitlerimize Allah’tan rahmet, ailelerine başsağlığı ve sabır, yaralılara acil şifalar pic.twitter.com/VwSjAVBCjH