Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti - altıncı iclası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, iclas iki ölkə arasındakı sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında baş tutub.
18:38
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti - altıncı iclası başa çatıb.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başa çatıb - YENİLƏNİB + VİDEO
13:51
Bu dəqiqələrdə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası başlayıb.
Ermənistan KİV-in məlumatına görə, sərhədin Qazax-İcevan hissəsində təşkil edilən görüş Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilir.
Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən il noyabr ayının 30-da sərhəddə baş tutub.