Azərbaycan və İraq arasında diplomatik və xidməti pasport sahibləri üçün viza rejimini ləğvi haqqında saziş imzalanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İraq XİN-in mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, sazişə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Bağdada səfəri çərçivəsində imza atılıb.