Azərbaycan vətəndaşlarının Misirdən təxliyə olunması üçün tədbirlər görülür.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən bildiriblər.
Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti tərəfindən Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinə təlimat verilib.
XİN məlumatında qeyd olunub ki, Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.