Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rəsmi Bakıdan İsrail və İran arasında əldə olunmuş atəşkəsə REAKSİYA
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Məlumata görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır:
"Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".

"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"