Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.
"Qardaş Pakistanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu, beynəlxalq ictimaiyyətin Pakistanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfəsinə inamını nümayiş etdirir", - məlumatda qeyd edilib.
We wholeheartedly congratulate brotherly #Pakistan for its election as a non-permanent member of the UN Security Council.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 8, 2024
This election represents the confidence of the international community in Pakistan’s contribution to international peace & security.@ForeignOfficePk