Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərində seçici aktivliyi ilə bağlı yekun göstərici açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədovun sözlərinə görə, bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib.
Saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14nəfər səs verib.
19:15
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib.
Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
09:15
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səsverməsi üçün açılıb.
Səsvermə prosesi saat 19:00-da başa çatacaq.
Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar birbaşa MSK-nın internet səhifəsində yerləşdiriləcək və ictimailəşdiriləcək
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 11607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün 37 077-yə qədər namizəd qeydə alınıb.
Namizədlərdən 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir. Rəsmi olaraq 8 siyasi partiya öz namizədlərini irəli sürüb.