Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda helikopter meydançalarına dair tələblər təsdiq edilib
Nazirlər Kabineti "Helikopter meydançalarının layihələndirilməsinə, tikintisinə və texniki göstəricilərinə dair digər tələblər"i təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, tələblər "Aviasiya haqqında" qanuna uyğun hazırlanıb. Onlarla tənzimlənməyən məsələlər qanuna, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və bu konvensiyaya 14 nömrəli Əlavəyə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, "Doc 9137 7-ci hissə, hava limanının fövqəladə vəziyyətinin planlaşdırılması" və ya "Doc 9261, dənizdə qurulan helikopter meydançasının təlimatı" sənədlərinə uyğun həyata keçirilir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- "Dövlət icbari şəxsi sığorta" altsisteminin əhatə dairəsi məhdudlaşdırıldı
- Arağın minimum qiymətinin müəyyənləşdirilməsinə dair ŞƏRTLƏR AÇIQLANDI
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki qurumlar AÇIQLANDI
- Baş nazirdən benzin və dizellə bağlı MÜHÜM QƏRAR
- Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib