Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda müğənnilərin sponsorları ilə bağlı qanun qəbul olunacaq
Azərbaycanda da sponsurluq haqqında qanunu qəbul oluna bilər.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib ki, dünya təcrübəsində mövcud olan belə bir qanun Milli məclisin komitə iclaslarında müzakirə olunur.
“Əlbəttə, yerli şərait, səviyyə hazırlığı nəzərə alınmalıdır. Çünki elə şeylər var ki, mütləq yerli gerçəkliyə uyğun hesablanmalıdır. Məsələn, ilk növbədə sponsurların vergidən azad olunmasını əsas göstərici götürsək, onda burada xeyli konyuktur məsələlər çıxa bilər. Məsələn, sponsurluğu hüquqi şəxs, müəssisə edəcəksə, o, verginin hansı hissəsindən azad olunmalıdır?
Ola bilsin ki, kimsə vergidən azad olmaq üçün mədəniyət sahəsinə sponsurluq etsin, amma onun ayırdığı vəsait çox cüzi olsun. Yəni qanun yaradılacaqsa, burda əsas məsələ sponsorun cəmiyyətin xeyrinə nə qədər iş görə biləcəyi nəzərə alınmalıdır”, – deyə Nizami Cəfərov bildirib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisdə kadr dəyişikliyi olub
- Deputatdan həmkarına dəstək: "Boşanmış biri normal məsləhət VERƏ BİLMƏZ"
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI