Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda növbədənkənar prezident seçkisində üç təşkilat “exit poll” keçirəcək
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar prezident seçkisində “exit poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar 3 təşkilatın müraciətinə baxılıb.
“Report”un xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.
Qeyd edilib ki, növbədənkənar prezident seçkisində “exit poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi MMC sənədlərini MSK-ya təqdim ediblər. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit poll”u ABŞ-nin “ORACLE ADVSIORY GROUP” təşkilatı ilə birgə keçirmək niyyətindədir.
Məsələ səsverməyə çıxarılaraq sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “OREACLE ADVSIORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit poll” keçirməyi planlaşdırır.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Məzahir Pənahov: "Bələdiyyə seçkisini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb"
- Bələdiyyə seçkisində namizədliyi qeydə alınan şəxs dünyasını dəyişib
- 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələri qeydə alınıblar
- Məzahir Pənahov: "Bəzi namizədlər problem yaratmaq üçün seçkiyə qoşulurlar"
- MSK seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib